Ukraynadan gətirdiyi 100 qoyundan bir ildə 700 bala götürdü

0
703

 

Türkiyəli Mustafa Aydın ölkədə ətin qiymətinin baha olmasını nəzərə alaraq cinc qoyunlar yetişdirməyi qərara aldı və indi bunun xeyrini görməkdədir. “Yeniavaz.com”un Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Bursada qoyun saxlamaqla məşğul olan Mustafa Aydın təsərrüfatında cins qoyunlar yetişdirmək üçün ötən il Ukraynadan Romanov cinsli 100 qoyun alıb. Qısa müddətdə yerli şəraitə uyğunlaşan qoyunlar isə doğum zamanı hamını təəccübləndiirb. Onların əksəriyyəti 5 bala doğub. Nəticədə 1 il ərzində Mustafa Aydının Ukraynadan gətirdiyi 100 qoyunu artaraq 700 baş olub. Belə ki, ildə iki dəfə bala verən Romanov qoyunları ən azı 2, ən çoxu isə 6 bala doğurlar.

Mustaf Aydın:”Mən Romanov qoyunlarını bir il öncə Ukraynadan gətirdim. Bu qoyunlar çox bala doğmaları ilə tanınırlar. Onların bəziləri 4, bəziləri də 5 bala veririlər və ildə iki dəfə balalayırlar. Bir ildə 100 qoyundan 700 bala götürmüşəm. Belə qoyunlardan ölkəmizdə çox olsa onda ətin qiyməti ucuzlaşar”,-deyib.

BIR CAVAB BURAXIN