Ukraynada prezident seçkiləri azad və demokratik keçiriləcək

0
532

Ukraynada prezident seçkiləri təxirə salınmayacaq və vaxtında keçiriləcək.

Arazinfo.com-un TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə Ukrayna prezidenti Pyotr Poroşenko  bu gün Milli Təhlükəsizlik və Müdafiə Şurasının iclasında  deyib. O qeyd edib ki, Ukraynada azad seçkilər və demokratiya müdafiə ediləcək: “Ukraynada prezident seçkiləri təxirə salınmayacaq və nəzərdə tutulduğu vaxtda keçiriləcək. Biz istənilən halda demokratiyanı müdafiə edirik. Ona görə də bir daha qeyd edirəm ki, Ukraynada nəzərdə tutulduğu vaxtda seçkilərin azad və beynəlxalq hüquq normalarına uyğun keçirilməsi təmin ediləcək”.