Ukraynada NATO üzvü olan ölkələrin “Təmiz səma-2018” hərbi təlimləri başlayıb.
Mediainfo.az-ın Ukrayna mətbuatına istinadən verdiyi xəbərə görə, NATO üzvü olmayan Ukrayna ilə bərabər hərbi təlimlərdə Belçika, Böyük Britaniya, Danimarka, Estoniya, Niderland, Polşa, Rumıniya və ABŞ hərbşiləri iştirak edirlər. Bu gün Ukraynanın Xmelnitski və Vinnitsa vilayətlərində başlayan hərbi təlimlər oktyabrın 19-na kimi davam edəcək.
Rusiya Xarici işlər nazirliyi isə öz adətinə uyğun olaraq Ukraynada keçirilən NATO hərbi təlimlərini pisləyərək, bunu bölgədə vəziyyəti “gərginləşdirmə” cəhdi kimi dəyərləndirib.
РИА Новости https://ria.ru/world/20181008/1530190155.html
РИА Новости https://ria.ru/world/20181008/1530190155.html