Ukrayna yenidən nüvə dövləti ola biləcəkmi?

0
658

 

Ukrayna Radasında təmsil olunan Radikal Partiyasının deputatları Ukraynanın nüvə silahı olan dövlət statusunun bərpası təklifi ilə çıxış ediblər. Radikal Partiyası tərəfindən məsələ ilə bağlı Ukraynanın nüvə silahının yayılmaması barədə 1968-ci il iyul ayının 1-də imzaladığı sənədin qüvvədən düşdüyünü nəzərdə tutan qanun layihəsi hazırlanıb. Bununla əlaqədar“Yeniavaz.com“un TASS agentliyİnə istinadən verdiyi məlumata görə, yaxın günlədə adı çəkilən qanun layihəsi Ali Radada müzakirəyə çıxarıla bilər.

Xatırladaq ki, Ukrayna Ali Radasında son iki ildə dəfələrlə ölkənin nüvə dövlətinə çevrilməsi məsələsi gündəmə gətirilib. Lakin hər dəfə Ali Radadakı bəzi güclər bu məsələnin müzakirəyə çıxarılmasına imkan verməyiblər. Hələlik Poroşenko rejimi də Radikal Partiyasının adı çəkilən təklifinə ehtiyatla yanaşır. Belə ki, Poroşenko nüvə silahının yayılmaması barədə Ukraynanın götürdüyü öhdəlikləri yerinə yetirəcəyini bəyan edib. O hazırki vəziyyətdə Ukraynanın nüvə dövlətinə çevrilməsi barədə məsələnin müzakirəsinin Qərbdə birmənalı qarşılanmayacağından ehtiyat edir.

Öz növbəsindəali, Ali Radadakı ən böyük fraksiyalardan birinin rəhbəri olan Oleq Lyaşko bildirib ki, nüvə silahından imtina əvəzinə Ukraynanın təhlükəsizliyinə təminat verilməsi barədə 1996-cı ildə Budabeştdə imzalanan anlaşma qüvvəsini itiirb. Belə ki, nüvə silahından imtinanın əvəzində Ukraynanın təhlükəsizliiynə təminat verməyi öhdəsinə götürən Rusiya, ABŞ, Böyük Britaniya və Fransa öhdəliklərini yerinə yetirməyiblər. Lyaşkonun sözlərinə görə, əgər Ukrayna nüvə silahına malik olsaydı, onda Rusiya Krımı işğal edə, Donbas və Luqanskdakı separatçıların vasitəsilə bu ərazilərə nəzarəti ələ ala bilməzdi. Oleq Lyaşko: “Ukrayna nüvə silahı əldə etmək üçün imkanlara malikdir. Ukraynanın təhlükəsizliyini təmin etmək və Rusiyadan gözlənilən yeni təcavüzün qarşısını almaq üçün yeganə çıxış yolu ölkəmizin nüvə silahını əldə etməsidir”,-deyib.

Əziz Mustafa

BIR CAVAB BURAXIN