Ukraynanın yaxın 5 ildə NATO-ya üzv qəbul edilməsi barədə müvafiq qərar qəbul ediləcək.
Arazinfo.com-un Ukrayna mətbuatına istinadən verdiyi xəbərə görə, bu barədə prezident Pyotr Poroşenko bəyan edib: “Biz NATO-ya və Avropa İttifaqına (Aİ) üzv olmaq üçün onların kriteriyalarına cavab verməliyik. Mən ümid edirəm ki, yaxın 5 il ərzində biz NATO-ya üzv olmaq üçün müvafiq kriteriyalara uyğun gələn tədbirləri uğurla həyata keçirəcəyik”.
Poroşenkonun sözlərinə görə, Ukraynanın NATO-ya və Aİ-yə üzv olmaq üçün bütün müvafiq tədbirləri həyata keçirmək imkanları var: “NATO-ya üzv olmaq Ukraynanın təhlükəsizliyi deməkdir. Bizim təhlükəsizliyimizin təmin olunmasına yol siyası-diplomatik yollarla ərazi bütövlüyümüzün bərpa edilməsindən keçir”.