Ukrayna vətəndaşını istismar etməkdə ittiham olunanlar bəraət aldı

0
676

Ukrayna vətəndaşını istismar etməkdə ittiham olunanlar bəraət aldı

Bakı Ağır Cinayətlər Məhkəməsində insan alverində təqsirləndirilən Namiq Cahangirov, Məxsud Əliyev, Ataməli Əliyev, Ədalət Əliyevin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

“Qafqazinfo”nun verdiyi görə, hakim Eldar İsmayılovun icraatında olan prosesdə hökm oxunub. Məhkəmə kollegiyasının hökmü ilə təqsirləndirilən şəxslər barəsində bəraət hökmü çıxarılıb. İttihama görə, adıçəkilən şəxslər Ukrayna vətəndaşını Azərbaycanda istismar ediblər.

İstintaq dövründə onlar polisin nəzarətinə verilməklə azadlıqda olublar.

Xatırladaq ki, 17 il əvvəl Azərbaycana gəlmiş Ukrayna vətəndaşı Abşeron rayonu, Bilgəh qəsəbəsindəki “Lahıc bağları” massivi ərazisində yerləşən xüsusi fermer təsərrüfatında tapılıb. Polislər onu taparkən, bərbad vəziyyətdə olub, arıqlayıb, danışa, baş verənləri ifadə edə bilməyib və dəhşətli dərəcədə üfunət iyi verirmiş.

Adı açıqlanmayan kişi mütəmadi olaraq işləmək üçün Azərbaycana gəlirmiş. 1999-cu ildə onunla ailəsi arasında əlaqə kəsilib. Onu kirayələyən şəxslər ukraynalının sənədlərini, şəxsiyyət vəsiqəsini əlindən alıblar, özünü pis qidalandırıblar, tez-tez döyüblər və fermada donuzlara baxmağa məcbur ediblər. Qışda kişi soyuq su ilə çimməyə vadar edilib. Beləliklə, xarici vətəndaş nökərə çevrilib. Onun asılı vəziyyətindən istifadə edən sahibkarlar, onu istismar etmək üçün əldən-ələ veriblər.

2012-ci ildə Ukraynada onu xəbərsiz itkin düşmüş hesab ediblər və qeydiyyatdan çıxarıblar. Zərərçəkmişin yaxınlarını tapmaq mümkün olmayıb.

Murad Əhməd

BIR CAVAB BURAXIN