Ukrayna silah anbarında başverən partlayışa görə Rusiyanı ittiham etdi

0
577

Ukraynanın İnfrastruktura naziri Vladimir Omelyan bildirib ki, silah anbarında baş verən yanğında Rusiyanın əli var.

Mediainfo.az-ın Ukrayna mətbuatına istinadən verdiyi xəbərə görə,  nazir silah anbarındakı yanğının  təsadüfi olmadığını və bunun diversiyanı xatırlatdığını deyib. O bununla əlaqədar özünün feysbuk səhifəsində yazıb: “Dnestryanı, Gürcüstan, Krımın işğal edilməsi, Ukraynanın şərqində müharibə, Suriyanın məhv edilməsi, Londonda, Kiyevdə, Solsberidə həyata keçirilən qətllər, Niderlanda və Ukraynaya haker hücumu ilə dünyanın hər yerində keçirilən seçkilərə müdaxilə arasında hansı əlaqələr var? Ukraynadakı hərbi silah anbarlarını kimlər yandırır? Bu sualların bir cavabı var: Rusya-Moskva-Kreml”

 

 

 

 

 

 

BIR CAVAB BURAXIN