Ukrayna Rusiya ilə imzalanan 49 anlaşmanı ləğv edib.
Arazinfo.com-un rambler.ru-ya istinadən verdiyi xəbərə görə, bu barədə Ukraynanın xarici işlər naziri Pavel Klimkin 5-ci kanalla birbaşa translyasiya edilən brifinqdə deyib. Onun sözlərinə görə, iki ölkə arasında daha 50 sənədin fəaliyyətinin dayandırılması nəzərdə tutulub: “Bu günə kimi Ukrayna və Rusiya arasında imzalanan 49 anlaşma tərəfimizdən qüvvədən düşmüş hesab edilib. Daha 50 anlaşmanın da qüvvədən düşəcəyi gözlənilir”.
O əlavə edib ki, hazırda Rusiya ilə imzalanan bütün anlaşmalar nəzərdən keçirilir və onların da taleyinə yaxın vaxtlarda aydınlıq gətiriləcək.