Ukrayna prezidenti Pyotr Poroşenko BMT tribunasından Donbasdan danışdı

0
564

Ukrayna prezidenti Pyotr Poroşenko Donbasda qanunsuz hərbi birləşmələrin 38 min nəfərdən ibarət olduğunu bəyan edib. “Report” xəbər verir ki, o bu barədə BMT Baş Assambleyasının ümumi müzakirələri zamanı çıxışında məlumat verib.

“Donbasda qanunsuz hərbi birləşmələrin sayı təqribən 38 min nəfərdir və onların böyük hissəsi Rusiyadan olan muzdurlardır”, – deyə dövlət başçısı bildirib.

Onun sözlərinə görə, bu şişirdilmiş rəqəm deyil, çünki onların ixtiyarında 700-dən çox tank, 1200  zirehli maşın, mindən çox artilleriya sistemi və 300-dən artıq səyyar formatlı raket buraxılış sistemi var.

BIR CAVAB BURAXIN