Ukrayna ordusu Rusiya ilə sərhədə yeridilir

0
600

Ukrayna prezidenti Pyotr Poroşenko bildirib ki, hərbi vəziyyət dövrünə uyğun olaraq Ukrayna hərbi hissələri ölkənin təhlükəsizlyini gücləndirmək məqsədi ilə Rusiya ilə sərhəd zonalarına yeridiləcək.

Arazinfo.com-un nevvs.rambler.ru-ya istinadən verdiyi xəbərə görə, Poroşenko 112 Ukrayna kanalı ilə  çıxışında: “Ölkə sərhədlərini möhkəmlətmək və hərbi təlimlər məqsədi ilə hərbi qüvvələrin yerdəyişməsi həyata keçiriləcək. Hərbi vəziyyət elan edilən ərazilərdə təlimlər məqsədi ilə yerli əhali arasında səfərbərlik elan edilməsi nəzərdə tutulub”,-deyib.

Xatırladaq ki. noyabr ayının 25-də Kerçdə Rusiyanın 3 Ukrayna gəmisinə hücum edərək ələ keçirməsindən sonra iki ölkə arasında münasibətlər kəskinləşib. Rusiyanın bu hərəkətlərinə cavab olaraq Poroşenko noyabrın 26-da ölkənin Rusiya ilə 10 həmsərhəd rayonunda hərbi vəziyyət elan edib.

П