Ukrayna MDB-dən çıxır

0
755

Kiyev MDB-yə üzvlüyünün dayandırılması məsələsi üzərində işləyir. Bunu  “112 Ukrayna” telekanalının efirində Ukrayna Xarici İşlər Nazirliyinin başçısı Pavel Klimkin bildirib.

“MDB tərkibindən çıxmaq məsələsini nəzərdən keçiririk. Bizim MDB dövlətləri ilə onlarla müqavilələrimiz mövcuddur. Misal üçün, diplomların qarşılıqlı tanınması, pensiya ödənişləri ilə bağlı. Ümid edirik ki, məsələlərin ayrı-ayrılıqda tənzimlənməsi bizə bu işi tamamlamağa imkan verəcək. Şəxsən mən MDB-dən çıxmağın ardıcıl tərəfdarıyam”, – deyə P.Klimkin vurğulayıb.

Qeyd edək ki, 2014-cü ilin fevralında Ukraynada hakimiyyət dəyişikliyindən sonra yeni ölkə rəhbərliyi MDB-nin işində iştirakdan imtina etmək niyyəti haqda bəyanat verdi. Daha sonra Kiyev öz nümayəndəsi Anadolu Dronyanı təşkilatının İcraiyyə Komitəsindən geri çağırdı.

Onu da xatırladaq ki, 2015-ci ilin aprelində Klimkin ölkəsinin Birlikdən çıxmasının məqsədəuyğun olmadığını bildirmişdi. Onun sözlərinə görə, Kiyev MDB-nin tədbirlərində o vaxt iştirak edir ki, “ona nəyəsə nail olmaq lazım olur”.

Belorus prezidenti Aleksandr Lukaşenko isə sonralar bildirmişdi ki, Ukraynanın MDB-dan çıxmasını gözləməyə dəyməz, amma o ümumi büdcənin maliyyələşdirilməsini dayandırmaqla təşkilatda iştirakdan de-fakto üz döndərib.

Virtualaz.org

BIR CAVAB BURAXIN