“Yaradıcı Gənclərə Dəstək” İctimai Birliyi növbəti təlimini Ucar rayonunda keçirdi
“Yaradıcı Gənclərə Dəstək” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Ucar Rayon İcra Hakimiyyətinin, Gənclər və İdman İdarəsinin, Gənclər Evinin təşkilatçılığı ilə 05 noyabr 2022-ci il tarixdə Ucar Gənclər Evində “Narkomaniyaya qarşı mübarizə bəşəriyyətin xilası deməkdir” mövzusunda tədbir keçirib.
Arazinfo.az xəbər verir ki, tədbirdə Ucar rayon İcra Hakimiyyətinin Hüquq şöbəsinin müdiri Xəyyam Səmədzadə, Ucar rayon Polis şöbəsinin Qərargah rəisi, polis mayoru Saleh Muştaqov, Gənclər və İdman idarəsinin rəis müavini Mirmehdi Heydərov, Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin Ucar bölgəsi üzrə şöbənin əməkdaşı Rauf Nəsirov və 28 nəfər gənc iştirak etmişdir.
Çıxışlar zamanı qeyd olundu ki, dünyada cəmiyyəti narahat edən problemlər içərisində ən mürəkkəbi, faciəvi nəticələrə gətirib çıxaranı narkomaniyadır. Son illər respublikamızda narkotik vasitələrə qarşı mübarizə xeyli güclənsə də ölkəmizdə də narkamanların sayında artımın müşahidə olunması, bu sahədə daha ciddi tədbirlərin görülməsini və ilk növbədə böyüməkdə olan nəslin maarifləndirilməsi istiqamətində işlərin aparılmasınıın vacibliyi vurğulandı.
Qeyd olundu ki, narkomaniyaya qarşı kəskin mübarizənin aparılması məqsədi ilə ayrı-ayrı illərdə ölkə başçıları tərəfindən müvafiq Fərman və Sərəncamlar imzalanmış, Qanun və Proqramlar qəbul edilmişdir.
Sonda layihə haqqında geniş məlumat vermək üçün söz təlimçi Rasif Qaçayevə verilmişdir. Rasif müəllim layihə çərçivəsində gənclərin maariflənməsi məqsədilə mövzu haqqında ətraflı söhbətlər aparmışdır. Tədbir zamanı narkomaniyaya aid hazırlanmış bukletlər, qeyd kitabçaları, qələmlər və qovluqlar tədbir iştirakçıları arasında paylanılmışdır.
Tədbirin sonunda iştirakçılara sertifikatlar verilmişdir.