Türkiyəyə yağan güclü güclü qar ölkədə əlavə problemlərin ortaya çıxmasına səbəb olub.
Arazinfo.com-un Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, Bingöldə qarın hündürlüyü 1,5-2 metrə çatıb. Nəticədə bölgənin 48 kəndi ilə əlaqə kəsilib. Kəndlərə gedən yollar qartəmizləyən maşınlar vasitəsi ilə təmizlənsə də, aramsız yağan qar kəndlərlə əlaqənin bərpa edilməsinə imkan vermir. Bölgənin bəzi yerlərində evlər qarın altında qalıb. Qarlı hava ilə əlaqədar məktəblərdə dərslər dayandırılıb. Hələlik bölgədə 15 gündən artıq ara vermədən yağan qarın nə vaxt kəsiləcəyi bilinmir.