Türkiyənin xarici işlər naziri ABŞ-da rusca danışdı

0
717

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu “Rusiya bu gün” agentliyinin müxbirləri ilə öz pozitiv əhval-ruhiyyəsini bölüşərkən rus dilindən istifadə edib.

Çavuşoğlu BMT-nin 71-ci sessiyasının keçirildiyi qərargahında agentliyin müxbirləri ilə ünsiyyətə rus dilində başlayıb: “Hər şey normaldır? Mən düşünürəm ki, hər şey yaxşı olacaq”.

Xatırladaq ki, Türkiyə Xarici İşlər Nazirliyinin başçısı vaxtilə 2008-ci ildə Sankt-Peterburqda rus dili kurslarına baş çəkdiyini bildirmişdi. Çavuşoğlu rus dilinin “çətin, amma çox maraqlı, zəngin və ifadəli” olduğunu vurğulamışdı. O həmçinin qeyd etmişdi ki, Rusiya Xarici İşlər Nazirliyinin başçısı Serqey Lavrovla görüşlərdə rus dilində danışmaq təcrübəsindən yararlanmaq imkanını qaçırmır.

Virtualaz.org

BIR CAVAB BURAXIN