
UEFA Türkiyənin “Karabükspor” klubunu 2 illik müddətinə avrokuboklardan diskvalifikasiya edib. “Fanatik” yazır ki, Superliqa təmsilçisi 2016/2017 və 2017/18 mövsümlərində qitə miqyaslı turnirlərdə iştirak edə bilməz.
“Karabükspor” UEFA-nın maliyyə fayr-pley tələblərinə cavab vermədiyi üçün cəzaya məruz qalıb.
Qeyd edək ki, Türkiyə klubu 10 gün ərzində İdman Arbitraj Məhkəməsinə müraciət edə bilər.