Türkiyənin nəqliyyat, dənizçilik və kommunikasiya naziri Binəli Yıldırım ölkənin baş naziri vəzifəsinə namizəd olacaq.
“Report” xəbər verir ki, bu haqda Türkiyədə çıxan “Milliyet” qəzeti məlumat yayıb.
Məlumata görə, hakim Ədalət və İnkişaf Partiyasından (AKP) olan deputatlar və nazirlərin çoxu B.Yıldırımın baş nazir postuna namizədliyini dəstəkləyiblər.
Xəbərdə bildirilib ki, AKP-nin Mərkəzi İdarə Heyətinin mayın 19-da keçiriləcək toplantısından sonra baş nazir və partiya sədrliyinə namizədin adı açıqlanacaq. Həmin şəxsin B.Yıldırım olacağı gözlənilir.