Türkiyəli azarkeşləri diri-diri yandırmaq istədilər

0
709

Ukraynanın Odessa şəhərində xuliqanların hücumuna məruz qalan “Fənərbağça” futbol komandasının azarkeşləri ölümlə üz-üzə gəliblər.

Lent.az-ın məlumatına görə, azarkeşlərin yemək yediyi restorana üzləri maskalı 100 xuliqan daxil olub. Xuliqanlar bir azarkeşin üzərinə benzin töküb yandırmaq istəsə də, alışqan işə düşməyib və beləcə azarkeşlər diri-diri yanmaqdan xilas ola biliblər.

Bununla kifayətlənməyən maskalılar azarkeşlərdən birinin üzərinə məşəl atıblar, digərlərini isə odunla döyüblər.

Hadisədən xəbərdar olan UEFA rəsmiləri Ukrayna polisinə müraciət ediblər. Ancaq Ukrayna polisinin “bizim belə bir olaydan xəbərimiz yoxdur deməsi” təəccüb doğurub. Xuliqanlar arasında mülki polis və əsgərlərin də olduğu ehtimal edilir.

Qeyd edək ki, “Fənərbaxça” dünən “Zarya” klubu ilə 1-1 bərabərə qalıb.

BIR CAVAB BURAXIN