Türkiyədə TURİST BÖHRANI – kəskin azalma

0
734

Bu ilin 5 ayında Azərbaycandan Türkiyəyə 1330  nəfər gedib.

 

Publika.az “Bloomberg”ə istinadən xəbər verir ki, hesabat dövründə Azərbaycandan qardaş ölkəyə gedən turistlərin sayı 48 faiz artıb. Özbəkistandan Türkiyəyə gedən turistlərin sayı 3 faiz artımla 796, Səudiyyə Ərəbistanından 51 faiz artımla 515, İslandiyadan 28 faiz artımla 274, Albaniyadan 14 faiz artımla 1084, İrandan 8.1 faiz artımla 3 567, Ukraynadan 100 faiz artımla 42 101, Gürcüstandan 70 faiz artımla 1143, Litvadan  6 faiz artımla 5310 nəfərə çatıb.

 

Amma ümumilikdə bu ilin ilk 5 ayında keçən ilin eyni dövrü ilə müqayisədə Antaliyaya  gələn turistlərin sayında 42 faiz azalma olub. Antaliyaya gələn rus turistlərin sayında 96, alman turistlərin sayında isə 30 faiz eniş baş verib.

 

Antaliya Hava Limanın məlumatlarına görə, 1-16 iyun tarixləri arasında keçən ilin eyni dövrü ilə müqayisədə 58.7 faiz nisbətində turist itkisi yaşanıb. Keçən il göstərilən dövrdə 732 min 353 turist gəldiyi halda bu ilin eyni dövründə həmin rəqəm 302 min 522 turist olub.

 

Qazaxıstandan Türkiyəyə gedən turistlərin sayı 63.3 faiz azalaraq 23 mindən 8 min 454 nəfərə, İsveçdən gedənlər 50.6 faiz azalaraq 22 mindən 11 minə enib. İsveçrədən gedənlərin sayı  61.9 faiz azalma ilə 16 mindən 6 minə, Hollandiyadan gedənlərin sayı  45.9 faiz azalaraq  20 mindən 11 minə, Avstriyadan gedənlər 62.4 faiz azalma ilə 13 mindən 5 min nəfərə geriləyib.

BIR CAVAB BURAXIN