Türkiyədə terror hazırlayan fransalı tələbə qız tutuldu

0
663

İstanbul aeroportunda terror aktı hazırlamaqda şübhəli bilinən və Türkiyə pasportu daşıyan Fransa vətəndaşı saxlanılıb.

Polis bir neçə mənbədən Diyarbəkirdən İstanbula gələn Ebru Firat adlı gənc qadının “canlı bomba” olmağa hazırlaşması barədə məlumat əldə edib.

“France3” telekanalının məlumatına görə, keçmiş tələbə Ebru Firat valideynlərinə baş çəkmək üçün Fransadan Türkiyəyə gedib və tezliklə iş təklifi gəlmiş Tuluzaya qayıtmağı planlaşdırırmış.

“Ebru Firat Tuluzada tibb üzrə təhsil alıb. O, 2015-ci ildə Suriyaya yollanaraq kürd silahlı dəstələrin tərkibində İŞİD-ə qarşı döyüşüb. Ebru Firat hətta “France2″ telekanalının ötən il Suriyada İŞİD-ə qarşı döyüşən fransızlara həsr olunmuş reportajda Selin şərti adı altında da yer alıb”, – deyə telekanalın məlumatında bildirilir.

“France3” telekanalının məlumatına görə, Ebru Firat PKK terror təşkilatının üzvü olub.

APA

BIR CAVAB BURAXIN