Türkiyədə iki nəfər Rusiya vətəndaşı həbs edilib.
Mediainfo.az-ın Ria Novosti-yə istinadən verdiyi xəbərə görə, həbs edilənlər Rəşid Yenikeyev və Yelena Rəhmanovadır.
Məsələ ilə bağlı mətbuata açıqlama verən Türkiyədəki Rusiya səfirliyinin Mətbuat Xidmətinin rəhbəri İrina Qasımova deyib ki, həbs edilənlər və onların taleyi ilə bağlı hazırda araşdırma aparılır: “Türkiyədə iki nəfər Rusiya vətəndaşı həbs edilib. Biz onların həbs edilməsi səbəblərini araşdırırıq və bununla əlaqədar mətbuata əlavə məlumat verəcəyik”.
Xatırladaq ki, ötən gün DHA agentliyi Kayseri şəhərində İŞİD terror qrupunun üzvü olan 7 nəfərin həbs edilməsi və onlardan ikisinin Rusiya vətəndaşı olması barədə məlumat yaymışdı.
Əziz Mustafa