Türkiyədə sosial mediada bu fotolar diqqət çəkib. Səbəbi isə çoban qızın yeni doğmuş keçini və balasını çətinliklədə olsa xilas etməyə çalışmasıdır. Hadisə Rizədə baş verib. Belə ki, ailəsini heyvandarlıqla məşğul olmaqla dolandıran Atilla Bilginin qızı 11 yaşlı Hamdu Sena Bilgin adəti üzrə keçiləri otarmağa aparıb. Lakin evdən bir xeyli uzaqlaşandan sonra keçilərdən biri doğub – həm ana, həm də bala keçinin qarlı havada ölmək üzrə olduğunu görən Hamdu Sena Bilgin ana keçini öz çiyninə alıb, balasını isə itinin belinə bağlayıb. Beləcə, 10 kilometr qət edərək Yağcılar kəndinə – öz evlərinə qayıdıblar. Bacısının bu comərdliyini görən 15 yaşlı qardaşı Ali Rahman onun fotosunu çəkib və sosial şəbəkədə paylaşıb.
Bu məşhurlaşmadan sonra Hamdu Sena Bilgin: “Keçini öz çiynimə aldım, balasını isə məktəb çantama qoyub itin belinə bağladım. Beləcə, hər ikisini xilas edə bildik”, – deyib.