Türkiyədə Faiq Ələkbərlinin daha bir kitabı yayınlandı

0
611

Türkiyədə Astana Yayın Evi tərəfindən AMEA Fəlsəfə İnstitutunun aparıcı elmi işçisi, eyni zamanda Bütöv Azərbaycan Ocaqlarının (BAO) Türk Dünyasıyla Əlaqələr üzrə müavini, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Faiq Ələkbərlinin (Qəzənfəroğlu) Turançılıq və Tanrıçılığa aid yeni kitabı (Turan sivilizasiyasına giriş: Turan məfkurəsi və Tanrıçılıq. Bakı, Astana Yayınları, 2020. – 356 səh. ) nəşr olunub. Bununla bağlı Arazinfo.com-a açıqlama verən F.Ələkbərli bildirib ki, Türkiyə türkcəsində nəşr olunan kitabında Turan sivilizasiyanın dünyada ən qədim mədəniyyət olması məsələsi təhlil olunaraq Turan məfkurəsi və Tanrıçılıq fəlsəfəsi bütün aspektləri ilə tədqiqata cəlb edilib: “Burada Turan məfkurəsi ilə bağlı Turan İmperiyalarınınm tarixinə, mahiyyətinə və çağdaş dönəmdəki yerinə aydınlıq gətirilibr. Bununla yanaşı Turan-Avropa, Turan-Aryan/İran ideoloji və mənəvi-fəlsəfi savaşları öz əksini tapmışdır”. Azərbaycan türk aydının sözlərinə görə, eyni zamanda kitabda Türk xalqlarının təşəkkülü ilə bağlı onun etnogenezi, dini-mifoloji və fəlsəfi dünyagörüşü geniş şəkildə tədqiq olunmuşdur. Belə ki, monoqrafiyada Tanrıçılıq fəlsəfəsinin mahiyyəti, onun Şamanizmə, Mağlar təliminə, Zərdüştlüyə, Yunan kosmologiyasına, Xristianlığa, İslamlığa münasibəti də öz əksini tapmışdır. F.Ələkbərli yeni işıq üzü görən monoqrafiyasında Orta çağ Azərbaycan Türk dövlətləri Səfəvilər, Əfşarlar və Qacarları ayrıca tədqiq edib. Azərbaycan alimi bunu onunla izah etdi ki, bu Azərbaycan Türk dövlətlərinin tarixinə yenidən işıq salınmasına ciddi ehtiyac var idi.

Özəlliklə, Azərbaycan türkləri Qacarların tarixini doğru şəkildə mənimsəməklə, yeni Türk dövlətinin əsasnı qoya bilərlər. Qeyd edək ki, bu kitab müəllifin Türkiyə türkcəsində nəşr olunan ikinci əsəridir. Bundan öncə 2014-cü ildə F.Ələkbərlinin “Məhəmməd Əmin Rəsulzadənin dünyagörüşü” monoqrafiyası Buğra Yayın Evi tərəfindən Türkiyə türkcəsində nəşr olunub. Azərbaycan alimi qeyd etdi ki, kitabda Qərb sivilizasiyasının mahiyyəti və ona alternativlik məsələsi, bu anlamda Türk Dünyası-Qərb, Türk Dünyası-Rusiya münasibətləri də geniş təhlil olunub. F.Ələkbərli hesab edir ki, buna səbəb Türk birliyi ideyasına yeni baxış ortaya qoymaq olub. Bu anlamda əsərdə Türk Birliyi, bu yolda Azərbaycanın birləşməsinin vacibliyindən və çıxış yollarından da bəhs olunub. Onun sözlərinə görə, kitabda əsas məsələ kimi Türk Birliyinin Avropa, Rusiya, Çin, Ərəb və digər birliklərin yanında deyil, ayrıca yəni heç bir dini ayrı-seçkilik qoyulmadan yalnız Türk xalqları, Türk dövlətləri arasında gerçəkləşməsi ideyası ortaya qoyulub.

Arazinfo.com