ürkiyənin Tunceli əyalətində partlayış baş verib. ANS PRESS-in məlumatına görə, Tuncelinin Ovacıq rayonundakı Ədliyyə yataqxanası yaxınlığında meydana gələn şiddətli partlayış nəticəsində 9 nəfər yaralanıb. Onlardan 3-nün vəziyyəti ağırdır.
Partlayışın yataqxana yaxınlığında bomba yüklü maşının partlaması nəticəsində baş verdiyi deyilir.
Hadisə yerinə dərhal təcili yardım maşınları və hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Yaralılar Ovacıq Dövlət Xəstəxanasına yerləşdiriliblər. Hazırda ərazidə geniş miqyaslı təhlükəsizlik tədbirləri görülür.
İnsidentə görə hələ ki məsuliyyəti heç bir qruplaşma öz üzrəinə götürməyib.