Türkiyədə avtobus sürücüsü azərbaycanlı qadını yolun ortasında zorladı

0
663

Türkiyədə avtobus sürücüsü azərbaycanlı qadını yolun ortasında zorladı

Ankarada azərbaycanlı qadın mindiyi marşrut avtobusunda zorakılığa məruz qalıb.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, iki uşaq anası olan 37 yaşlı Azərbaycan vətəndaşı S.N (ad və soyad tam açıqlanmır) yanvarın 4-də axşam saat 23:30-da təcavüzə uğrayıb.

Məlumata görə, azərbaycanlı xanım özəl məktəbdə ingilis dili müəllimidir. O, yanvarın 4-də axşam saatlarında Atilla Eşer küçəsində 530 nömrəli avtobusa minib. Avtobusun sürücüsü İbrahim Tuncaya “Mən 200 metr qabaqda düşəcəm, minə bilərəmmi?” deyib. Sürücü onu avtobusa mindirib. Daha sonra azərbaycanlı qadın düşmək istədiyini deyəndə sürücü qapını açmayıb. Bildirib ki, “səni qayıdanda düşürəcəm”. Lakin avtobus boş əraziyə daxil olanda sürücü azərbaycanlı qadının boğazından tutaraq, avtobusun salonuna uzadıb. Qadın huşunu itirib.

Azərbaycanlı qadın S.N həmin vaxt baş verənləri polisə ifadəsində qeyd edib.

“Özümə gələndə adam üzərimdə uzanmışdı. Mənə dedi ki, sakit dur, yoxsa, səni boğub öldürərəm. Boğazımdan tutub məni zorlamağa başladı. Ona məni öldürməməsi üçün yalvardım. İşini qurtarandan sonra məndən evli olub-olmadığımı, övladımın olub-olmadığını soruşdu. Sonra da “səni bir də nə vaxt görəcəm?” dedi. Telefon nömrəmi istədi. Vermədim. Adımı, soyadımı soruşdu. “Məni gündüz görsən, tanıyarsan?” deyə soruşdu. Dedim ki, tanımaram. Polisə, yaxud başqasına danışsam, məni tapıb, yenə zorlayacağını, boğazımı kəsəcəyi dedi. Sonra məni buraxdı”, – deyə o bildirib.

Hazırda hadisə ilə bağlı istintaq davam edir.

BIR CAVAB BURAXIN