Türkiyədə 17 min iribuynuzlu heyvanı oğurladılar

0
659
Türkiyədə tarixin ən böyük oğurluq hadisələrindən biri baş verib.
Arazinfo.com Qaynarinfo-ya istinadən  xəbər verir ki, heyvan alverçisini aldadan şəxs onlara 43 milyon lirəlik zərər vurub.
Şikayətçilər bu barədə polisə bildirib: “Bizə Kənd Təssərüfatı Nazirliyinin gənc fermerləri dəstək layihəsindən gəldiyini bildirdi. Bizə də ona inanaraq heyvanlarımızı sənəd qarşılığında satdıq. Amma apardığımız araşdırma nəticəsində məlum oldu ki, bu ad-soyadlı şəxs 10 il əvvəl ölüb. Bundan sonra polisə şikayət etdim”.
Vətəndaşı aldadan şəxs 500 TIR dolusu, təxminən 17 min iribuynuzla heyvanı aldadaraq ələ keçirib. Onun həmin heyvanları Diyarbəkir və Şanlıurfaya apardığı ehtimal olunur.
Adı açıqlanmayan A.K ad-soyadlı heyvan alverçisi bildirib ki, həmin şəxsə inanıb. 50 qohumu isə ona kömək edib. Nəticədə 30 qohumu aldadılıb. A.K indi dövlətdən yardım istəyir.

BIR CAVAB BURAXIN