Türkiyə mümkünsüzü bacardı, ABŞ isə… – Xodunskaya

0
480

Türkiyə tərəfi Suriyadakı qruplarla yaxşı əlaqələrə və razılaşma müddəalarını onlar üzərində tətbiq edəcək dərəcədə nüfuza malikdir. Bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin səlahiyyətli nümayəndəsi Mariya Xodunskaya-Qolenişçeva deyib.

O bildirib ki, ABŞ-ın bacarmadığını Türkiyə etdi:

“Hələbdə Türkiyə ilə əlaqənin faydasını gördükdə Moskva bu əlaqəni davam etdirdi və 2017-ci ildə atəşkəs təmin edildi. Biz rəsmi Dəməşqi atəşkəsə riayət etməyə sövq etdik. Türkiyə də müxalif qrupları razı saldı. Bunu Suriyanın şimalında etmək bəlkə də asan idi. Lakin Türkiyə cənubda bu razılaşmanı təmin edərək mümkünsüzü bacardı”.