Türkiyə istehsalı “Qasırğa”lar Azərbaycana gətirildi

0
642

Azərbaycanın Türkiyəyə sifariş verdiyi T-300 “Qasırğa” artilleriya sistemlərinin çatdırılması tamamlanıb.

Bu barədə “AzeriDefence”yə ROKETSAN şirkətindən məlumat verilib.

Artilleriya sistemlərinin çatdırılması bu il yekunlaşıb. Sistemlərin çatdırılması ilə yanaşı onu idarə edən heyətə də müvafiq təlimlər keçirilib.

KAMAZ avtomaşınlarının şassisi üzərində yerləşən Azərbaycan “Qasırğa”ları universal dizayna malikdir.

T-300 “Qasırğa” kompleksinin atış mənzili 105 km, yeni hazırlanmış TRG-300 idarə olunan raketlərlə 120 km-dir. GPS və İNS naviqasiyasına malik TRG-300 raketinin dəqiqliyi maksimum məsafədə 30 metr təşkil edir. TRG-300 raketinin uzunluğu 5.24 metr, ağırlığı 585 kiloqramdır.

Yeri gəlmişkən, ROKETSAN şirkəti ADEX-2016 sərgisində TRG-300 raketini də Azərbaycan Silahlı Qüvvələri üçün nümayiş etdirəcək.

BIR CAVAB BURAXIN