Britaniya ilə Türkiyə ticarət əlaqələrini gücləndirir
Böyük Britaniyanın baş naziri Theresa May Türkiyə prezidenti Racap Tayyip Erdoğanla görüşdən sonra bildirib ki, Britaniya Türkiyə ilə ticarət münasibətlərini gücləndirir.
Prezident Erdoğan da deyib ki, Türkiyə Britaniya ilə ticarət dövriyyəsini 15,6 milyard dollardan 20 milyard dollara qədər artırmaq niyyətindədir.
Ankarada iki liderin görüşündən sonra elan edilib ki, Türkiyə Britaniya ilə birgə 100 milyon funt sterlinq dəyərində döyüş təyyarələrini istehsal edəcək.
Theresa May bildirib ki, London və Ankara ticarət əlaqələrinin inkişafı üçün birgə işçi qrup yaradacaq.