Türkiyə hücuma hazırdı: Tanklar sərhədə göndərildi

0
501

Suriyada rejim qüvvələrinin İdlib istiqamətində hərbi əməliyyatının mümkün nəticələrinə qarşı Türkiyə Silahlı Qüvvələri sərhəd bölgəsində hazır vəziyyətə gətirilib.

Bu barədə Türkiyə mətbuatı informasiya yayıb.

Məlumata görə, TSQ İdliblə sərhəddə yerləşən Hatay bölgəsinə çoxlu sayda hərbi personal və zirehli maşın cəlb edib. Bölgəyə eyni zamanda M-60 tankları da göndərilib.

Köç dalğasının qarşısını almaq

Türkiyə Silahlı Qüvvələri, digər kəşfiyyat və təhlükəsizlik qüvvələri istənilən fəallıq qarşısında yaranacaq köç dalğasının qarşısını elə Suriya torpaqlarındaca alacaq. Bunun üçün bölgədə yerləşən Atme düşərgəsində yenilənmə və genişləndirmə işləri sürətləndirilib.(axar.az)

BIR CAVAB BURAXIN