Türkiyə ABŞ humanitar təşkilatını ölkədən çıxarır

0
642

Mercy Corps Türkiyədəki Suriya qaçqınlarına yardım göstərirdi

Mercy Corps Türkiyədəki Suriya qaçqınlarına yardım göstərirdi

Türkiyə ən böyük humanitar yardım təşkilatlarından biri olan və ABŞ-da mənzillənmiş Mercy Corps təşkilatının ölkəni tərk etməsinə qərar verib. Ankara bu təşkilata Türkiyədə fəaliyyət üçün verilmiş lisenziyanın müddətini uzatmaqdan imtina edib.

Mercy Corps təşkilatının Türkiyədəki qərargahı Suriyaya humanitar yardım göstərirdi.

Mercy Corps bildirib ki, Türkiyə hökuməti bu qərarının spesifik səbəbi barədə mümkün səbəbləri barədə məlumat verməyib.

Təşkilatın bəyanatında deyilir ki, Türkiyə ofisinin bağlanması Suriyada mühasirə vəziyyətində ilişib qalan yüz minlərlə Suriya vətəndaşı və qaçqınına yardım proqramını yarımçıq qoyacaq.

Mercy Corps son beş ildə Türkiyə hökuməti ilə əməkdaşlıq edirdi.

Təşkilatın bəyanatında deyilir ki, lisenziyanın bərpası üçün Türkiyə hökuməti ilə dialoqa cəhd ediləcək.

Türkiyənin hökumət rəsmiləri Reuters agentliyinə məsələnin “texniki” olduğunu və Mercy Corps təşkilatının bir sıra sənədləri təqdim edə bilmədiyini söyləyiblər.

Mercy Corps öz sərhədlərini 3 milyon Suriya qaçqını üçün açmış Türkiyənin hökumətinə indiyədək davam etmiş əməkdaşlığa görə təşəkkürünü bildirib.

Təşkilat 2012-ci ildən bəri 350-500 min Suriya qaçqınına humanitar yardım göstərib.

Eyni zamanda Mercvy Corps bunu da bildirib ki, onun Suriyaya humanitar yardımları başqa coğrafiyadan davam etdiriləcək.

BIR CAVAB BURAXIN