Mənfur ermənilər türk xalqına qarşı tarix boyu bir çox xəyanət və hiyləyə əl atıblar. Onların etdiyi xəyanətlər haqda tarixi mənbələrdə xeyli məlumat yer alıb. XVII əsrin əvvəllərində Səfəvi-Osmanlı müharibələri fonunda bu iki nəhəng imperiya bir çox ölkədə nüfuz dairələri uğrunda mübarizə aparırdı. Bu müharibələr zamanı döyüş meydanına çevrilən Gürcüstan ərazisində erməni xislətinə xas olan hiyləgərliklə bağlı maraqlı bir fakt üzə çıxıb.
Arazinfo.com kult.az-a istinadən gürcü tarixçi Vano Sulorinin Səfəvi-Osmanlı müharibəsi zamanı baş vermiş döyüşlərin birində erməni hiyləsinin rol oynaması haqda açıqladığı tarixi faktı təqdim edir:
“1603-cü ildə Şah Abbas o dövrdə 13 yaşlı I Əhmədin idarə etdiyi Osmanlı imperiyasına müharibə elan edir. Səfəvilər Osmanlını məğlubiyyətə uğradır və İstanbul sülhünün şərtlərinə əsasən, onlara düşən bütün ərazilərdən, o cümlədən Gürcüstandan osmanlıları tədricən çıxardırlar.
1608-ci ilin sonlarında Mesxeti prinsliyinin (Samstxe prinsliyi) atabəyinin dul qadını Elene Kartli çarlığının və Səfəvi qoşunlarının köməyi ilə türkləri Axaltsixedən çıxarır.
Qəzəblənən sultan cavab olaraq Samstxe ərazisinə böyük bir ordu göndərir. Gözlənilmədən hücum edən türklər bu ərazidə kəskin müqavimətlə rastlaşmır və ərazini ələ keçirir. Bununla kifayətlənməyən osmanlılar 1609-cu ildə daha irəli gedərək Kvemo-Kartli istiqamətində hücum edirlər. Bu zaman Kartli çarı Luarsab Sixiretidə yerləşən iqamətgahına qaçır. Osmanlı qoşunları uzun müddət azaraq, çarın mülklərinə gedən yolu tapa bilmir.
Geri çəkilən qoşunlar Kür sahillərinə gəlir və suyun səviyyəsinin yüksək olmasına görə üzü yuxarı hərəkət etməyə başlayır. Tezliklər ordu Qori şəhərinə yaxınlaşır.
Kim bilir, əgər Saakaşvili soyadlı erməni bir tacir türklərin yaxınlaşdığını görməsəydi, şəhəri hansı aqibət gözləyirdi. Tarixi faktlara görə, erməni tacir körpünü partladır və türkləri Qoriyə hücum etmək imkanından məhrum edir. Türklər Taşiskari istiqamətində geri çəkilirlər”.
Qeyd edək ki, həmin dövrün şərtlərinə əsasən, bu erməni hiyləsi Səfəvilərin siyasi maraqlarına uyğun gəlsə də, sonradan tarixin bir çox məqamlarında bu mənfur xalq iç üzünü açaraq, hər iki dövlətə düşmən mövqedə dayandığını sübuta yetirib.