Türk general Afrin hücumunda yeni taktikadan istifadə edir

0
678

 

Türkiyə Silahlı Qüvvələri Afrində əməliyyat təşkil etmək üçün 3 ay hazırlıq aparıb. Əməliyyata rəhbərlik edən İsmayıl Mətin Temel paşanın tətbiq etdiyi strategiyalar PYD terror qruplaşmasını şoka salıb.

Bu barədə Haber-7 yazıb.

Məlumata görə, Afrin əməliyyatı çərçivəsində bütün hədəflər tək-tək müəyyən edilib. Belə ki, türk ordusu Afrinin istənilən küçəsi, hətta evləri barədə ayrı-ayrılıqda məlumat toplayıb. Əməliyyata hazırlıqlar çərçivəsində kəşfiyyat idarəsi, ASO, PUA-lar və “Bordo bereli”lər uzun müddət ərazidə kəşfiyyat aparıblar. Afrində çəkilmiş fotoları və peyk görüntülərini təhlil edən Türkiyənin kəşfiyyat idarəsi ordu üçün hədəf siyahısı hazırlayıb.

Türk ordusu hədəfin növündən asılı olaraq, hansı hədəfin hansı silahla vurulacağını da müəyyən edib. Əməliyyata rəhbərlik edən general Mətin Temelin PYD-ni şoka salan strategiyası isə gündüz saatlarında və hərəkətliliyin müşahidə olunduğu bölgələrin əvəzinə gözlənilməz ərazidən hücuma başlamaq olub.

Qeyd edək ki, əməliyyat başladıqdan sonra da ehtiyatı əldən verməyən Türkiyə Silahlı Qüvvələri mütəmadi olaraq zərbə endirilmiş koordinatları yoxlayır.Axar.az

 

 

 

BIR CAVAB BURAXIN