Türkiyənin məşhur müğənnisi və rejissoru Mahsun Kırmızıgül “Vəzir barmağı” filmində Mirzə Ələkbər Sabirin məşhur “Qorxuram” şeirindən istifadə edib.
Publika.az xəbər verir ki, sözügedən səhnənin görüntüləri sosial şəbəkədə yayılıb. Şeirin ifa olunduğu səhnə azərbaycanlılar tərəfindən olduqca maraqla qarşılanıb və müsbət hal kimi qiymətləndirilib.
Onu da qeyd edək ki, şeir Türkiyə ləhcəsində ifa olunub.
Şeirin orijinalını və filmdən kadrları təqdim edirik.