May ayının 13-də Türk dilinin dövlət dili elan edilməsinin741 ili tamam olur. Arazinfo.com araşdırmaçı jurnalist, yazıçı Əziz Mustafanın bu tarixi hadisəyə həsr edilən araşdırma yazısının birinci hissəsini oxucularına təqdim edir
13-cü əsrdə monqolların hücumları və Anadolunu ələ keçirmələri nəticəsində türk dili yenidən məhvolma təhlükəsi ilə üz-üzə qalmışdı. Anadoluda sadə xalq şirin türk dilində danışdığı və bu dildə gözəl şeir nümunələri yaratdıqları halda, saraylarda türkcə danışmaq, az qala, gerilik, təhqir və həqarət kimi qəbul edilirdi. Bu isə türk dilinin tarixin səhnəsindən çıxması və türkləri millət kimi varlığını itirməsi təhlükəsi ilə üz-üzə qoymuşdu
13-cü əsrdə monqolların hücumları və Anadolunu ələ keçirmələri nəticəsində türk dili yenidən məhvolma təhlükəsi ilə üz-üzə qalmışdı. Anadoluda sadə xalq şirin türk dilində danışdığı və bu dildə gözəl şeir nümunələri yaratdıqları halda, saraylarda türkcə danışmaq, az qala, gerilik, təhqir və həqarət kimi qəbul edilirdi. Bu isə türk dilinin tarixin səhnəsindən çıxması və türkləri millət kimi varlığını itirməsi təhlükəsi ilə üz-üzə qoymuşdu. O dövrdə türkün daha uzaqgörən xadimləri bu təhlükəni hiss edərək, türk dilinin qorunması və onun rəsmi dövlət dili kimi işlədilməsi uğrunda mübarizəyə başlamışdılar. Onlardan biri də Karamanoğlu Mehmet bəy idi. Karamanoğulları əslən Azərbaycandan Sivasa köç edən Hoca Sadəddinin oğlu Nur-i Sufinin nəslindəndirlər. Onlar Sivasdan Toros dağlarının ətəklərində yerləşən Larəndə qəsəbəsinə köç etmişlər.
Hər hansı bir milləti tarixin səhnəsindən silmək istəyən güclər öncə o millətin dilini hədəfə alır. Dilin itirilməsi millətin məhv olması və belə demək mümkünsə, onun fəlakətlərə sürüklənməsi deməkdir. Dil hər bir millətin sinəsində döyünən ürəyi anlamına gəlir. Zira insan ürəksiz yaşaya bilmədiyi kimi, millət də dilsiz var ola bilməz. Bu baxımdan tarix boyu türkü yer üzündən silmək istəyən güclər onun dilini hədəfə almışlar. Təəssüflər olsun ki, bəzən türk düşmənləri buna nail olmuş və nəticədə dilini mühafizə edə bilməyən bir çox türk boyları və onların qurduqları dövlətlər məhv olub getmişdir. Bu baxımdan ilkin orta əsrlərdən başlayaraq, Türküstandan Anadoluya köç edən türk boyları müntəzəm olaraq düşmən güclər tərəfindən hədəfə alınmış və onları ana dillərindən uzaq salmaq üçün ən ağlasığmaz cəhdlərə baş vurulmuşdur. Anadolunun 11-ci yüzillikdən sonra böyük sərkərdə və dövlət xadimi Alparslan tərəfindən əbədi olaraq türk yurduna çevrilməsindən sonra belə, düşmənlər öz mənfur niyyətlərindən əl çəkməmişlər. İş orasındadır ki, ilkin orta əsrlərdə Yaxın Şərqdə ədəbi və siyasi mühitdə ərəb və fars dili üstünlük təşkil edirdi. Ərəb dili Qurani-Kərim, fars dili isə şeir dili kimi saraylarda işlənir və türkü idarə edən və əslən türk olan dövlət başçıları sarayda rəsmi dil kimi fars dilindən geniş istifadə edirdilər. Bu isə türk düşmənlərinin iştahasını artırmışdı. Təsadüfi deyil ki, məhz 12-ci əsrin sonlarından başlayaraq, xaçlılar Anadoluda yaşayan türkləri məhvetmə siyasətini həyata keçirməyi qarşılarına əsas məqsəd kimi qoymuşdular. Amma onlar türklərin güclü müqaviməti ilə üzləşirdilər. 13-cü əsrdə isə monqolların hücumları və Anadolunu ələ keçirmələri nəticəsində türk dili yenidən məhvolma təhlükəsi ilə üz-üzə qalmışdı. Anadoluda sadə xalq şirin türk dilində danışdığı və bu dildə gözəl şeir nümunələri yaratdıqları halda, saraylarda türkcə danışmaq, az qala, gerilik, təhqir və həqarət kimi qəbul edilirdi. Bu isə türk dilinin tarixin səhnəsindən çıxması və türkləri millət kimi varlığını itirməsi təhlükəsi ilə üz-üzə qoymuşdu. O dövrdə türkün daha uzaqgörən xadimləri bu təhlükəni hiss edərək, türk dilinin qorunması və onun rəsmi dövlət dili kimi işlədilməsi uğrunda mübarizəyə başlamışdılar. Onlardan biri də Karamanoğlu Mehmet bəy idi. Karamanoğulları əslən Azərbaycandan Sivasa köç edən
Hoca Sadəddinin oğlu Nur-i Sufinin nəslindəndirlər. Onlar Sivasdan Toros dağlarının ətəklərində yerləşən Larəndə qəsəbəsinə köç etmişlər. Nur-i Sufinin oglu Kəriməddin Karaman bəy 13-cü yüzillikdə Kilikiya bölgəsinin böyük bir hissəsində güç sahibi olmuşdu. Bunu görən Anadolu Səlcuklu dövlətinin sultani I Əlaiddin Keykubad Kəriməddin bəyə bölgəni idarə etməyi tapşırır.
Burada bir haşiyə çıxmaq istəyirik. Yunus Əmrədən təxminən iki yüz il sonra dünyaya gələn böyük türk şairi Məhəmməd Füzuli yana-yana: “Ey ərəb, əcəm və türk millətlərinə feyz verən Rəbbim. Sən ərəb qövmünü dünyanın ən bəlağətli, gözəl danışan qövmlərindən etdin. Əcəm hətiblərinin sözlərini İsanın nəfəsi kimi cansıza can verən bir gözəlliyə qovuşdurdun. Mən türkəm və türkcə söyləmək
(şeir yazmaq) istəyirəm. Məndən iltifatını əsirgəmə, Ey Allahım”,-demişdi. Hadisələrin sonrakı gedişi Uca Allah tərəfindən Füzulinin duasının qəbul edildiyini göstərdi və türk dili Balkanlardan Çin səddinə kimi uzanan böyük bir ərazidə yaşayan türklərin rəsmi dövlət dilinə çevrildi. Bu yolda ilk çığır açan və türk dilinin dövlət dili edilməsi uğrunda çalışan Karamanoğlu Mehmet bəy isə böyük sərkərdə Alparslan kimi adını tariximizə əbədi olaraq həkk etdirdi.
Onun anadanolma tarixi dəqiq məlum deyil. Tədqiqatçıları Mehmet bəyin Karamanlıların ən nüfuzlu başçılarından biri olan Kəriməddin Karamanın ailəsində təxminən 1246-cı ildə dünyaya gəldiyini güman edirlər. Mehmet bəyin uşaqlığı və gənclik illəri monqol işğalı dövrünə təsadüf edir. Həmin dövrdə Anadolu özünün ən ağır və keşməkeşli günlərindən birini yaşayırdı. Mehmet bəyin uşaqlığı Toroslarda keçmişdi və o dövrdə monqol işğalı bu uzaq bölgədə bir o qədər də hiss edilmirdi. Toroslarda yaşayan türklər özlərinəməxsus adət-ənənələrini, o cümlədən dədə-babalarının Türküstandan, daha dəqiq ifadə etsək, indiki Türkmənistan və Özbəkistanın Türkmənistana bitişik ərazilərindən Anadoluya köç etdikləri zaman özləri ilə gətirdikləri yaşayış tərzini qoruyub saxlamışdılar. Belə bir mühitdə böyüməsi Mehmet bəyin milli ruhda formalaşmasında xüsusi bir rol oynadı. Mehmet bəyin mənsub olduğu ailə Anadoluda kifayət qədər tanınan məşhur Karamanlı soyundan idi. Karamanlılar oğuz türklərinin Salur boyundan idilər.