Trampın yeni qərarı: ABŞ Azərbaycana silah satacaq?

0
636

Trampın bu qərarından sonra Azərbaycan diplomatiyası üçün yaxşı bir fürsət yaranacağını deyə bilərik.

Mediainfo.az-ın verdiyi məlumata görə, bu sözləri axar.az-a  politoloq Elxan Şahinoğlu Tramp adminstrasiyasının fevralda silah ixracı qaydalarında dəyişiklik edəcəyi ilə bağlı yayılan infornasiyalara münasibət bildirərkən deyib. O bildirib ki, Tramp prezident seçildikdən bu yana Amerikaya daha çox gəlir qazandırmaq üçün fürsətlərin axtarışındadır:

“Amerika dünyanın ən çox silah istehsal edən ölkələrindəndir. Buna baxmayaraq, konqresin silah satışı ilə bağlı müəyyən qadağaları var. Görünür, Tramp bu qadağaları yumşaltmaq istəyir ki, müxtəlif ölkələrə silah sataraq ABŞ-a daha çox gəlir gətirsin. Bu qərarın mənfi və təhlükəli tərəfləri də var. Çünki bu qərardan sonra satılan silahlar elə ölkələrə gedib çıxa bilər ki, bu orada problemlərin daha da dərinləşməsinə gətirib çıxarar. Bu baxımdan görünür dünyanın problemlərinin nə qədər dərin olması Tramp adminstrasiyasını maraqlandırmır. Tramp üçün əsas olan ABŞ-ın əldə edəcəyi qazancdır. Bunun üçün də o, silah ixracını artıraraq daha çox ölkəyə silah satmaq haqqında düşünür”.

Politoloq vurğulayıb ki, Trampın bu qərarından sonra 90-cı illərdə qəbul edilən 907-ci düzəliş məsələsi gündəmə gələ bilər:

“Ümumiyyətlə, götürəndə Azərbaycan müxtəlif ölkələrdən müxtəlif silahlar alır. Bu silahları əldə etmək üçün milyardlarla dollar xərclədiyimizi nəzərə alsaq, niyə də ABŞ-dan silah almayaq? ABŞ Trampın siyasətinə uyğun olaraq silah satışını asanlaşdırarsa, 907-ci düzəlişin ortadan qaldırılması gündəmə gəlməlidir. Əslində bu qərardan sonra Azərbaycanın da ABŞ-dan silah alması gündəmə gələ bilər”.

Qeyd edək ki, Tramp administrasiyası Amerika silahlarının ixracını artırmaq niyyətindədir.

BIR CAVAB BURAXIN