Trampın telefon danışıqlarını ruslar və çinlilər dinləyirlər

0
628

Trampın telefon danışıqlarını ruslar və çinlilər dinləyirlər.

Mediainfo.az-ın verdiyi məlumata görə, bu barədə Nyu-York Tayms qəzetində gedən məqalədə bildirilir.  Məqalədə qeyd edilir ki, Trampın özünü olduqca ehtiyatsız şəkildə aparması, həmsöhbətləri ilə telefonda nə gəldi danışması ölkənin təhlükəsizliyinə xələl gətirə bilər. Bununla əlaqədar kəşfiyyat xidməti dəfələrələ Trampa xəbərdarlıq etsə də, o buna məhəl qoymamaqda davam edır. Prezidentın danışıqlarına nəzarəti gücləndirən tühlükəsizlik xidməti tərəfindən müəyyən olunub ki, çinlilər və ruslar Ağ Evin sahibini asanlıqla dinləyə bilirlər. Danışıqların təhlükəsizliyini gücləndirmək məqsədi ilə həyata keçirilən tədbirlər zamanı məlum olub ki, çinlilər Trampın yaxın adamlarının siyahısını tutur vəÇonlardan öz maraqlarının təmini üçün istifadə edirlər. Çinin əsas maraq dairəsinə düşənlərdən biri Pekində təhsil alan biznesmen Stiven Şvartsman,  Las-Veqasda oyun zalları və kazıno şəbəkələri olan Stiv Uinndir. Uininn həmçinin Makaoda oyun biznesi var. Bu siyahıya Trampla yaxınlığı olan digər tanınmış adamların da adı daxildir.

Rusların da Trampla köhnədən isti münasibətləri var. Rusiya xüsusi xidmət orqanları hələ  5-10 il əvvəl Trampın yaxın dairəsi, dostları, tanışları ilə isti münasibətlər qurublar. Onlar üçün Ağ Evdə baş verənlərdən operativ şəkildə xəbər tutmaq bir o qədər də çətin hesab edilmir. Məhz bunu nəzərə alaraq ABŞ kəşfiyyatı rusların müxtəlif yollarla Trampa təsir edərək ondan öz xeyirləri üçün istifadə edə biləcəklərini istisna etmirlər.

Tramp telefon danışıqlarında adətən iki  ayfondan istifadə edir. Onlardan birini dinləmək çətin, ancaq mümkün hesab edilir. Prezidentin digər ayfonu isə adi telefondur və o bundan adətən dostları ilə şəxsi söhbətləri zamanı istifadə edir. Trampın adi telefonunu nəinki xüsusi xidmət orqanları, ağıllı telefonlardan az-çox başı çıxan sadə mütəxssislər belə dinləyə bilirlər.

Bütün hallarda Trampın ölkənin təhlükəsizliyinə zərər gətirən addımlar atmaqda davam etməsinin gələcəkdə ABŞ üçün xoşagəlməz hallara yol aça biləcəyi barədə xüsusi xidmət orqanları artıq müvafiq rəsmi qurumlara xəbərdarlıq ediblər.

Əziz Mustafa

 

 

 

BIR CAVAB BURAXIN