Trampdan Senata Türkiyə ilə bağlı – Şok xəbərdarlıq

0
403

ABŞ Prezidenti Donald Trampın Senata hesabat göndərərək Türkiyəyə qarşı nəzərdə tutulan sanksiyalarla bağlı xəbərdarlıq etdiyi iddia olunur.

Teleqraf.com xəbər verir ki, bu barədə “Daily Beast” saytı məlumat yayıb.

İddialara görə, Senata ünvanlanan xəbərdarlıqda Türkiyəyə tətbiq olunacaq sanksiyaların nəticələrinin Birləşmiş Ştatların əleyhinə işləyəcəyi, Vaşinqtonla Ankara arasında müdafiə sahəsində anlaşmalara ziyan vuracağı vurğulanıb.

Həmçinin Türkiyəyə yönəlik sanksiyaların Türkiyəni Rusiyaya daha da yaxınlaşdıracağı qeyd olunub.

Hesabatda daha bir maraqlı məqam isə YPG-li terrorçulara asanlıqla viza verilməməsi ilə bağlıdır.