Trampdan Ərdoğana qarşı ŞOK HƏRƏKƏT: Vaşinqtona gedəcəyi gün Pentaqon… ABŞ8

0
700

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın 13 noyabrda ABŞ-a səfərinin dəqiqləşməsi bu ölkədə yeni bir Türkiyə qarşıdurması yaradıb.P Konqresin bəzi senatorları Türkiyəyə qarşı sanksiya layihəsinin Ərdoğan Vaşinqtonda ikən mütləq gündəmə gətirilməsini istəyib.

ABŞ prezidenti Donald Trampın Administrasiyası isə təklifə müsbət yanaşmayıb.

Zaman mübahisəsi

Senatın Xarici Əlaqələr Komitəsinin sədri Cim Risş Ərdoğan ölkələrində ikən layihənin gündəmə gətirilməsinin yaxşı fikir olmadığını deyib. Həmin komitənin demokrat üzvü Bob Menendez isə xronologiyaya əsasən, Türkiyəyə sanksiya qərarının gələn həftə etibarilə səsverməyə çıxarılmasının gərəkliliyini vurğulayıb.

Həqarət etdilər

Bəzi senatorlar da mübahisəyə qoşulub. Sosial mediadan “Tramp Ərdoğanın Ağ Evə səfərini təsdiqlədi” xəbərini etiketləyərək şərh verən Konnektikut ştatının senatoru Riçard Blumental “Trampın Ərdoğanla xoş bir yemək üçün təkidi göstərir ki, Suriyada kürd ortaqlarımıza edilən hücumları şokedici şəkildə görməzdən gəlir” deyərək Ərdoğanı təhqir edib.

Sanksiya istədilər

Türkiyəyə qarşı həmlə bununla bitməyib. 5 senator Dövlət Departamentinin rəhbəri Mayk Pompeoya Türkiyənin Suriyadakı təhlükəsiz bölgə xaricində fəaliyyət göstərdiyi iddialarının araşdırılmasını tələb edən məktub ünvanlayıb. Məktubda iqtisadi sanksiyaların tətbiqi tələb olunub.

Pentaqondan qəribə açıqlama

Türkiyəyə bir çox sahədə sanksiya tətbiq edilməsini ehtiva edən layihə ABŞ Nümayəndələr Palatasında qəbul edilmişdi. ABŞ sisteminə görə, bir layihənin qanuniləşməsi üçün Senatda qəbul edilməlidir. Layihə Senat səsverməsində üçdə iki səs alarsa, prezidentin təsdiqi olmadan qüvvəyə minə bilər.

Digər tərəfdən, YPG/PKK-nın muxtar idarəetməsinin iddialarından sonra hərəkətə keçən Pentaqondan ötən gün bir açıqlama gəlib. Belə ki, ABŞ-ın Türkiyəyə satdığı silahlardan müharibədə istifadə edib-etmədiyi araşdırılacaq.

Zümrüd