Tramp Nyu-York terrorçusunun edam olunmasını istəyir

0
651

 

 

Nyu-Yorkda 8 nəfərin ölümü ilə nəticələnən terror aktında ittiham edilən şəxs ölüm cəzasına layiqdir.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, bu barədə Ağ Ev rəhbəri özünün “Twitter”ində yazıb.

“Nyu-York terrorçusu özünün xəstəxanadakı palatasından İŞİD bayrağını asmasını xahiş etdikdə sevinirdi. O, 8 nəfəri öldürüb, 12 nəfəri ağır yaralayıb. Onun barəsində ölüm cəzası çıxarılmalıdır”, – deyə ABŞ lideri yazıb.

Qeyd edək ki, hadisə çərşənbə axşamı, gündüz saatlarında baş verib. Nyu-Yorkda yük avtomobili Manhettenin cənub-qərbində velosiped yoluna çıxıb. Sürücü qarşısına çıxan velosipedçiləri vuraraq, bir neçə küçədən keçib. Hadisə zamanı 8 nəfər ölüb, 20-dən çox adam yaralanıb.

Hakimiyyət orqanları hadisənin terror aktı olduğunu bildirirlər. Müttəhimi ölüm cəzası gözləyir.

BIR CAVAB BURAXIN