Tramp müəyyən şərtlər daxilində İranla danışıqlara hazırdır

0
517

ABŞ prezidenti Donald Tramp müəyyən şərtlər daxilində İranla danışıqlara hazırdır.

Mediainfo.az-ın RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ-ın İran üzrə xüsusi nümayəndəsi Brayan Huk bəyan edib. Onun sözlərinə görə, əgər İran problemin həllində səmimi olduğunu nümayiş etdirsə, onda iki ölkə arasında danışıqların baş tutması mümkün olacaq: “Tramp İrana münasibətdə əmələ gələn problemləri həll etməyə və iki ölkə arasında danışıqların yenidən başladılmasına hazırdır. Anacaq İran da problemlərin həllində səmimi olmalıdır. İran iki ölkə arasında əmələ gələn problemlərin həllində həqiqətən də səmimilik nümayiş etdirsə, onda Trampla Ruhani arasında görüş mümkün olacaq”

 

 

BIR CAVAB BURAXIN