ABŞ prezidenti seçilmiş Donald Tramp 250 jurnalistin iştirak etdiyi mətbuat konfransında ilk dəfə olaraq Rusiyanın Amerika seçkilərinə müdaxilə etdiyini etiraf edib. Tramp eyni zamanda, Rusiyanın onu etibardan sala biləcək informasiya əldə etdiyi haqda xəbərləri rədd edərək, bunu “saxta xəbərlər” adlandırıb. Donald Tramp bu açıqlamaları ABŞ prezidenti kimi gələn həftə inaqurasiyasından öncə keçirdiyi mətbuat konfransında verib.
Tramp noyabr ayında Ağ Ev uğrunda mübarizədə qələbədən sonra keçirdiyi ilk mətbuat konfransında Rusiyanın seçkilərə təsir göstərmək məqsədilə Demokrat partiyasının milli komitəsinin komputerlərinə müdaxilə etdiyinə inandığını deyib.
“Hakerliyə gəldikdə, fikrimcə, bunu Rusiya edib. Amma başqa ölkələr və insanlar tərəfindən də hakerlik olub.”
O, bununla Çinin ABŞ-a qarşı kiber hücumlarını nəzərdə tutub. Tramp həmçinin Demokrat partiyasının milli komitəsinin komyuterlərini kifayət qədər qorumadığını deyib.
“Demokrat partiyasının milli komitəsi hakerliyə açıq olub. Onlar çox zəif iş görüblər. Bizim kimi onlar da hakerlikdən müdafiə olunmalı idilər.”
Tramp Rusiyanın onu etibardan salmaq üçün informasiya topladığına dair məlumatların yayılmasını qınayıb.
“Bunların hamısı saxta xəbərlərdir. Bu, saxta materiallardır. Belə şey olmayıb.”
Donald Tramp Rusiya prezidenti Vladimir Putini bu məlumatların doğru olmadığını deməsinə görə alqışlayıb və bu məlumatları nəşr etməmək kimi seçim edən media qurumlarına təşəkkür edib. O, ABŞ kəşfiyyat məlumatlarına toxunub.
“Onlar bəlkə də kəşfiyyat agentlikləri tərəfindən açıqlanmış bu cəfəngiyyata baxıblar, bu, onlar üçün rüsvayçılıqldır.”
Tramp bu iddialarla bağlı məlumatı yaydığına görə CNN şirkətin tənqid edib.
“Sizin təşkilatınız bərbaddır.”
Tramp maraqların toqquşmasına yol verməmək üçün qlobal biznes imperiyasının idarəçiliyini iki oğluna təhvil verəcəyini elan edib. Lakin ekspertlər bir sıra suala cavab veriməli olduğunu bildirir.
Təhlilçi Larri Sabato. “Siz ölkədə bunun düzgün olduğuna inanan bir nəfər etika eksperti, ya da müstəqil ekspert tapa bilməzsiniz.”
Lakin Tramp prezident olduğu müddətdə maraqların toqquşmasına imkan verməmək üçün bu addımların kifayət olduğunu bildirir.