Tramp ilk dəfə evlənərkən Rusiya kəşfiyyatının nəzarətində olub

0
698

Rusiya kəşfiyyatının ABŞ prezidenti Donald Trampla bağlı keçmişdəki planlarının bəzi təfərrüatları üzə çıxıb.

Mediainfo.az-ın verdiyi məlumata görə, bu barədə Qardian (The Guardian) qəzetində gedən məqalədə deyilir. Qəzetin yazdığına görə, Donald Tramp ilk dəfə praqalı qadın model İvanna Zelniçikova ilə evlənərkən o, Cexoslovakiya xüsusi xidmət orqanlarının diqqətini cəlb etmişdi. 1977-ci ildə çexoslovakiyalı model İvanna Zelniçikova ABŞ-a köçərək Trampla birgə yaşamağa başladı. Modelin atası Miloş Zelniçek SSRİ DTK-sının filialı funksiyasını həyata keçirən Çexoslovakiya Təhlükəsizlik xidməti ilə əməkdaşlıq edirdi. Miloş Zelniçek dəfələrlə ABŞ-a səfər edərək kürəkəni Trampla həmsöhbət olmuş, onun siyasi  və iqtisadi dünyagörüşünü analiz edərək bu barədə xüsusi xidmət orqanlarına məlumat vermişdi. Sonlalar sosializm sistemi dağılandan sonra Təhlükəsizlik xidmətinin zabiti demişdi ki, Tramp çoxmaraqlı fiqur idi və biz onun qayınatasının və həyat yoldaşının sayəsində bütün əlaqələrini müəyyən etmiş, ABŞ-ın siyasi dairlələrində gizli və açıq müzakirə edilən bütün məlumatlara yol taparaq bu barədə Moskvaya da xəbər vermişdik. Trampın həyat yoldaşının və qayınatasının Tramp vasitəsi ilə ABŞ barədə hansı sirləri əldə etdikləri, həmçinin onu Moskvaya işləməyə razı sala bilib-bilmədikləri hələlik məlum deyil. İvanna ilə Tramp 13 il birgə yaşayıblar. Onların bu evlilikdən 3 övladı, o cümlədən ictimaiyyətə geniş tanış olan İvanka dünyaya gəlib.

Trampın hazırkı həyat yoldaşı model Melaniya da keçmiş Yuqoslaviyadandır və bu evliliyin də Rusiya kəşfiyyatı tərəfindən həyata keçirilə biləcəyi barədə şübhələr mövcuddur. Beləliklə Qardianın Trampın ailəsi ilə bağlı yazdığı məqalə Qərbdə böyük əks-sıadya səbəb olub. Məqaləyə reaksiya verən əksər siyasi analitiklər Trampın vaxtı ilə həyat yoldaşının və qayınatasının vasitəsi ilə SSRI kəşfiyyatı tərəfindən ələ alına biləcəyini istisna etmirlər. Buna misal kimi isə prezident Trampın prezident seçilməsində Rusiya kəşfiyyatının oynadığı rol və onun Moskva ilə şübhəli əlaqələri göstərilir.

Əziz Mustafa

 

 

 

BIR CAVAB BURAXIN