Tramp deyib ki, Rusiyanın Suriyaya müdaxiləsi ‘pis şeydir’, amma…

0
691

ABŞ prezidenti seçilmiş Donald Taump Londonda çıxan The Times qəzetinə deyib ki, Vladimir Putin nüvə silahlarının ixtisarı barədə sazişi imzalamağa razılıq versə, Moskvanın üzərindəki bəzi sanksiyalar ləğv oluna bilər.

The Times və Almaniyanın Bild qəzetlərinə eyni vaxtda müsahibə verən Donald Tramp deyib ki, o “Birləşmiş Ştatların və Rusiyanın nüvə cəbbəxanalarını nəzərəçarpacaq həcmdə ixtisar etməsini”istəyir.

Tramp bu müsahibədə Moskvanın Suriyayaya müdaxiləsini öz terminologiyası ilə “pis şey” adlandırıb.

Moskvanı tənqid edən Tramp deyib ki, Rusiya Suriya müharibəsinə girməklə “humanitar fəlakət” yaradıb.

Tramp Britaniyanın Avropa İttifaqından çıxmasını alqışlayıb. O deyib ki, “liberal miqrant siyasətiinin nəticələri” başqa ölkələrin də ittifaqdan çıxmasına səbəb olacaq.

Donald Tramp deyib ki, Almaniya kansleri Angela Merkel öz ölkəsinin qapılarını “sənədsiz miqrantlara” taybatay açmaqla “fəlakətli səhv” edib.

Bu müsahibədə Tramp bir daha NATO-nun “üstünə düşüb”.

O deyib ki, bu təşkilat köhnəlib və onun 28 üzvündən yalnız beşi üzvlük haqqını tam ödəyir.

Bununla belə o, əlavə edib ki, NATO onun üçün “çox mühümdür”.

Donald Tramp bir daha təsdiqləyib ki, kürəkəni Jared Kushner-i Yaxın Şərq münaqişəsinin çözümü üzrə vasitəçi edəcək.

BIR CAVAB BURAXIN