ABŞ prezidenti Donald Tramp bu gün İsrailin baş naziri Binyamin Netanyahu və bu ölkənin iri sahibkarları ilə görüşəcək. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Ağ Evin məlumatında bildirilir.
Məlumata görə, Tramp və Netanyahunun birgə mətbuat konfransı Bakı vaxtı ilə 21.00-a planlaşdırılıb.
Tramp həmçinin riteyl sahəsindəki iri şirkətlərin baş direktorları ilə görüşəcək.