Tramp administrasiyasında erməni

0
622

12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın yeni vitse-prezidenti Maykl Pens erməni əsilli Ken Naxiqyanı Tramp-Pens administrasiyasının keçid dövrü üçün məsul şəxs təyin edib. Ermənistan mətbuatı bununla bağlı xəbər yayıb.

Musavat.com-un məlumatına görə, Naxiqyan Ağ evdə administrasiya rəhbərinin müavini vəzifəsini tutan Rik Dirbornu əvəzləyəcək. “Seçkilərdən sonra Naxiqyanın rolu artıb. Keçid prosesi Naxiqyanın etibarlı əllərindədir”, – Dirborn deyib.

Qeyd edək ki, K.Naxiqyanın qardaşı Kit Naxiqyan seçki kampaniyası dövründə Respublikaçılar Partiyasının üzvü kimi prezidentliyə namizəd Donald Trampın məsləhətçisi olub. Erməni qardaşlar Vaşinqtondakı “Nahigian Strategies” şirkətinin rəhbərləridir.

Belə görünür ki, ermənilər fəaliyyəti dövründə Trampı da ələ almağa, ən azı onun dilindən “soyqırım” ifadəsini qoparmağa çalışacaqlar.

 

BIR CAVAB BURAXIN