Toya helikopterlə enən mafiya ailəsinə cinayət işi açıldı

0
643
İtaliyada evlənən məşhur mafiya liderinin nəvəsinin toy mərasimi qalmaqala səbəb olub.
Mafiya liderinin nəvəsi Antonio Gallone (31) və Aurora adlı nişanlısının toy mərasiminə xeyli sayda lüks maşınlarda qonaqlar gəlib. Bəylə gəlin isə kilsə meydanına vertolyotla eniblər. Cütlüyün toy mərasimi ilə əlaqədar qəsəbənin ən böyük meydanında 3 saatlıq tıxac yaranıb.
Artıq Gallone ailəsi ilə bağlı cinayət işi açılıb.
Yerli icra orqanları nümayəndələrinin də dəvətli olduğu toy mərasimini millət vəkili Deila Nesci də sərt tənqid edib:
“Kalabria bölgəsində də paytaxt Romada olduğu kimi mafiya rahat-rahat uçur. Bunun qarşılığında isə hökumətimiz kar, axmaq və kordur”.

BIR CAVAB BURAXIN