Kanadanın Toronto şəhərində sürücünün mikroavtobusu piyadaların üzərinə sürməsi nəticəsində ölənlərin sayı 9 nəfərə çatıb.
“Report” xəbər verir ki, bu barədə yerli mətbuata istinadən “BNL News” nəşri məlumat yayıb.
Faktı polis də təsdiq edib. Həmçinin 16 nəfərin xəsarət aldığı bildirilir.
Son məlumata görə, Kanadanın Toronto şəhərində polis avtomobili piyadaların üstünə sürənin şəxsiyyəti müəyyənləşdirilib.
APA-nın xəbərinə görə, bu barədə “BNL News” məlumat verib.
Məlumata əsasən, cinayəti törətməkdə şübhəli bilinərək saxlanılan 25 yaşlı Alek Minassiyandır.