Tomas de Vaal: “ATƏT Qarabağ münaqişəsinin həllində nüfuzunu itirib”

0
565

“Bu yaxın aylarda təmas xəttində yaranmış gərginlik Dağlıq Qarabağ ətrafında yeni təhlükəsizlik vakuumu açıb. Beynəlxalq istimaiyyət bu münaqişənin həlli üçün daha böyük səy göstərməlidir.”

“Report” xəbər verir ki, bu barədə politoloq, Qafqaz üzrə mütəxəssis Tomas de Vaalın “Carnegieeurope”da dərc olunan məqaləsində deyilir.

“Bu ilin aprel ayındakı döyüşlər və hazırda müşahidə olunan gərginlik münaqişənin sülh yolu ilə həllinin tərəfdaşı olan beynəlxalq subyektlərin məsuliyyətini artırır. Heç bir iş görməmək və ya onillərlə əvvəl imzalanan atəşkəs rejimi haqqında müqavilə sayəsində işin öhdəsindən gəlmək cəhdləri çıxış yolu deyil. Hətta bu uzun sürən mübahisəyə məhəl qoymayanlar da hazırda əsas çıxış yolunun daha ciddi danışıqlar və regiondan kənara çıxa biləcək təhlükəli münaqişə olması perspektivi ilə razılaşmağa məcburdurlar”, – Tomas de Vaal yazır.

O qeyd edir ki, 20 il əvvəl Dağlıq Qarabaq münaqişəsi daha böyük beynəlxalq prioritet idi. Təhlükəsizlik üzrə təşkilat qismində ATƏT-ə bu münaqişənin həllində böyük ümidlər bəslənirdi.

Məqalə müəllifinin fikrincə, 20 il ərzində ATƏT strukturları Qarabağ münaqişəsinin həlli məsələsində nüfuzunu itirib. O hesab edir ki, beynəlxalq oyunçuların diqqəti hazırda münaqişənin həllindən çox onun idarə olunmasına cəmlənib.

Müəyyən ölkənin təşkilata bir il ərzində rəhbərlik etməsi şəklində ATƏT sədrliyinin rotasiyası o deməkdir ki, təşkilatın fəaliyyətdə olan sədrinə bu münaqişənin həlli üçün “istitusional yaddaş” kifayət etmir.

T.de Vaal vurğulayıb ki, danışıqlar prosesində mövcud olan vakuumu və danışıqlarda irəliləyişin olmasını münaqişə tərəfləri Rusiyadan aldıqları müasir dağıdıcı silahla doldururlar.

Onun fikrincə, Dağlıq Qarabağda 2016-cı ilin aprel ayında atəşkəs rejiminin pozulmasından sonra beynəlxalq ictimaiyyət üçün əsas çağırış münaqişənin tammiqyaslı müharibəyə keçməsinin qarşısının alınmasıdır.

“Münaqişənin həllində səmimi marağı olan digər beynəlxalq oyunçulara bu prosesə böyük töhfə vermələri üçün icazənin verilməsi vacibdir. Misal üçün, Avropa İttifaqı Qərbi Balkanlardakı münaqişələrdən sonra təcrübəyə malikdir…

Təhlükəsizlik nöqteyi-nəzərindən bu il ATƏT-də sədrlik edən Almaniya daha böyük fəaliyyət üçün mandata sahibdir. O, ATƏT-in müşahidəsi ilə bağlı missiyanı aktivləşdirmək üçün siyasi çəkisindən istifadə edə, onlara öz mandatlarını yerinə yetirmək imkanını verə bilər.

Dağlıq Qarabağ münaqişəsi indi, gündəmdə Suriya və Ukrayna kimi beynəlxalq münaqişələr olduğundan, daha geridə yer alır. Buna baxmayaraq, Qafqazın bu təhlükəli regionunda münaqişənin həllinə daha güclü investisiyalar hazırda yeni münaqişənin həllinin bahalı alternativindən daha yaxşı variantdır”.

BIR CAVAB BURAXIN