“Erməni milli konqresi” və “Xalq Partiyası” bloku Dağlıq Qarabağla bağlı sülh planını gələcəkdə indiki hakim “Respublika” partiyası ilə müzakirə etməyə hazır olduğunu bəyan edib.
AzadlıqRadiosu Ermənstan xidmətinin məlumatına görə, bunu jurnalistlərə “Erməni milli konqresi” partiyasının sədr müavini Levon Zurabyan deyib.
O bildirib ki, əgər hakim “Respublika” partiyası qarşıdan gələn parlament seçkisində qalib gəlsə “Erməni milli konqresi” heç vaxt onunla koalisiyaya getməyəcək, amma onlar sülh planının reallaşmasını istəsələr bu məsələdə yardımçı ola bilərlər.
O ki qaldı qalan məsələlərə, Zurabyan hakimiyyəti amansız tənqid etməkdə davam edəcəklərini deyib.
O qeyd edib ki, seçkinin nəticəsindən aslı olmayaraq sülh naminə hərəkata başlayacaq və istənilən hakimiyyəti onların sülh planının reallaşmasına məcbur edəcəklər.
Xatırladaq ki, Petrosyan bu yaxınlarda yerli mətbuata müsahibəsində deyib ki, münaqişənin həlliylə bağlı son “Madrid-Kazan-Lavrov” variantı, 1997-c ildə onun prezidentliyi dövründəki mərhələli həll planından heç nə ilə fərqlənmir.
O deyib ki, “Ləngimək Ermənistanla Qarabağı daha da zəiflədəcək və növbəti həll planı bundan da pis olacaq”.
Xatırladaq ki, Petrosyanın “Erməni Milli Konqresi” partiyası aprelin 2-də keçiriləcək parlament seçkisinə“Xalq Partiyası” ilə bir blokda Qarabağda sülhvə mehriban qonşuluq çağırışı ilə gedir.