Telefon dələduzları Poroshenkonu yenə doladılar

0
674

11

Vovan ləqəbi ilə tanınan rusiyalı dələduz Vladimir Kuznetsov yenə Ukrayna prezidenti Petro Poroshenkonu telefonla ələ salıb.

Bu dəfə o, Poroşenkoya Qırğızıstan prezidenti Almazbek Atambayevin adından zəng edib.

Bu barədə Kuznetsov özünün Feysbuk səhifəsində yazır.

Onun sözlərinə görə, telefon söbhəti noyabrın 2-də olub və ilk növbədə MDB-lə hərtərəfli əməkdaşlığın mümkünlüyü ilə maraqlanıb.

Poroshenko Rusiyanın aparıcı rol oynadığı bu təşkilat çərçivəsində əməkdaşlığı mümkün saymayıb.

Kuznetsovun sözlərinə görə, bundan sonraonlar Poroshenkoya məxsus “Roshen” şirniyyat şirkətinin Lipetskdəki bölməsi ətrafında yaranmış vəziyyəti müzakirə ediblər.

Kuznetsovun dediyinə görə, təzyiqdən yayınmaq üçün o, Poroshenkoya mülkiyyət hüququnu öz adamlarının adına sənədləşdirməyi təklif edib və Poroshenko bunu yüksək qiymətləndirib.

Məlumatlara görə, elə həmin gün Ukrayna prezidentinin rəsmi saytında Ukrayna və Qırğızıstan prezidentlərinin ikitərəfli münasibətləri müzakirə etməsi barədə məlumat yerləşdirilib.

Amma Qırğızıstanın prezident aparatı az sonra belə bir şey olmadığını bəyan edib.

Ukraynanın prezident aparatı hələlik məsələyə münasibət bildiriməyib.

Bu Poroshenkonun başına gələn ilk belə hadisə deyil.

Telefon dələduzları kimi tanınan Vovan və onun həmkarı Leksus bu ilin martında Porpshenkonun adından həmin vaxt Rusiyada həbsdə olan Nadia Savchenkoya məktub göndəriblər.

Həmin məktubda Savchenko aclığı dayandırmağa çağırılırdı.

Dələduzlar həmçinin “Eurovision-2016” mahnı müsbiqəsi ərəfəsində Poroshenkonun adından ukraynalı təmsilçi Camalaya zəng vurmuşdular.

BIR CAVAB BURAXIN